Əbülfəs Qarayev "Yuğ"un rəhbərliyini vəzifədən kənarlaşdırıb - YENİLƏNİB

Əbülfəs Qarayev "Yuğ"un rəhbərliyini vəzifədən kənarlaşdırıb - YENİLƏNİB Onlar ərizələrini könüllü şəkildə yazmayıblar
Mədəniyyət siyasəti
10 Oktyabr , 2017 15:40
Əbülfəs Qarayev Yuğun rəhbərliyini vəzifədən kənarlaşdırıb - YENİLƏNİB
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev / Report

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Yuğ” Dövlət Teatrının rəhbərliyi öz ərizələrinə uyğun şəkildə işdən azad olunsa da, əslində onlar ərizələrini könüllü şəkildə yazmayıblar.

Bu barədə “Report”a Teatrdan bildirilib.

“Report” məsələ ilə bağlı Teatrın sabiq direktoru Tərlan Rəsulov və sabiq baş rejissoru Gümrah Ömərova müraciət edib. T.Rəsulov işdən çıxarılması barədə danışmaq istəmədiyini deyib: “Bu suallarla Mədəniyyət və Turizm Nazirliyinə müraciət edin. Mən bu haqda danışmaq istəmirəm. Kadr dəyişikliklərini Nazirlik edir, onlar sizə cavab verəcəklər”.

G.Ömərov isə telefonunu söndürüb.


*** saat 14:38

Bakı. 10 oktyabr. REPORT.AZ/ “Yuğ” Dövlət Teatrının direktoru Tərlan Rəsulov, habelə baş rejissor Gümrah Ömərov öz ərizələri ilə tutduğu vəzifələrdən azad ediliblər.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq, teatr sahəsində aparılan islahatlar davam edir. Mədəniyyət və turizm nazirinin müvafiq əmrlərinə uğun olaraq respublika teatrlarında kadr dəyişikliyi aparılıb və əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə “Yuğ” Dövlət Teatrının baş rejissoru təyin edilib.

Digər əmrlə Azərbaycan Dövlət Kukla Teatrının direktoru, əməkdar mədəniyyət işçisi Rəşad Əhmədzadəyə “Yuğ” Dövlət Teatrının direktoru vəzifəsinin müvəqqəti icrası həvalə olunub.

Son xəbərlər

Orphus sistemi