Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək Qəbulda 5 rayondan olan sakinlər iştirak edə bilər
Mədəniyyət siyasəti
16 Fevral , 2015 13:07
Əbülfəs Qarayev vətəndaşları qəbul edəcək

Bakı. 16 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev fevralın 24-də Ağdaş, Göyçay, Kürdəmir, Ucar və Zərdab rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Qəbul Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində olacaq.

Vətəndaşlar onları narahat edən məsələlərlə bağlı qəbula yazıla bilərlər.

Son xəbərlər

Orphus sistemi