Əbülfəs Qarayev Şabranda vətəndaşlarla qəbul keçirib

Əbülfəs Qarayev Şabranda vətəndaşlarla qəbul keçirib Nazir görüləcək işlərlə bağlı göstəriş verib
Mədəniyyət siyasəti
22 Yanvar , 2015 14:56
Əbülfəs Qarayev Şabranda vətəndaşlarla qəbul keçirib

Bakı.22 yanvar. REPORT.AZ/ Bu gün Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Şabran şəhərindəki Heydər Əliyev Mərkəzində Şabran, Xaçmaz, Quba, Qusar və Siyəzən rayonlarının sakinlərini qəbul edib.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidməti yayıb.

Mədəniyyət və Turizm Nazirinə edilən müraciətlər yerlərdə mədəniyyət müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, tarixi-mədəni irsin qorunması, xalq yaradıcılığının təbliği, mədəniyyət ocaqlarının ixtisaslı kadrlarla təminatı, uşaq incəsənət və musiqi məktəblərinin musiqi alətləri təchizatı və digər məsələlərlə bağlı olub.
Şabran rayonunda "Çıraqqala" Tarix-Memarlıq Qoruğunda bərpa işlərinin aparılması, rayondakı Pirəbədil Tarix Muzeyinin adının dəyişdirilməsi ilə əlaqədar muzey ekspozisiyanın yenidən qurulması, Xaçmaz rayonunun turizm potensialı nəzərə alınaraq tarix və mədəniyyət abidələrinin bərpa olunması barədə təkliflər səslənib.
Siyəzəndə uşaq incəsənət məktəbi üçün rəqs zalının tikilməsi, Siyəzən rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminə uşaq ədəbiyyatının verilməsi, Qusar şəhərində uşaq incəsənət məktəbinin musiqi alətləri ilə, Quba rayonundakı Bəşir Səfəroğlu adına Mədəniyyət evinin milli geyimlər və aksesuarlarla təmin olunmasında köməklik göstərilməsi xahiş edilib.
Nazir qəbuldan sonra jurnalistlərə müsahibəsində bildirib ki, ölkə başçısının göstərişinə əsasən yerlərdə mütəmadi olaraq vətəndaşlarla keçirilən görüşlər mövcud problemlərin öyrənilməsi və həlli baxımdan mühüm önəm daşıyır.

Əbülfəs Qarayev edilən müraciətlərin nəzərdən keçiriləcəyini, qaldırılan məsələlərin həlli ilə bağlı tədbirlərin görüləcəyini  bildirib. 

Qeyd edilib ki, bəzi vətəndaşların sosial məsələlərə dair xahişləri də diqqətdə saxlanılacaq.

Son xəbərlər

Orphus sistemi