Yuxarı

Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək

© Report — Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev

Bakı. 31 yanvar. REPORT.AZ/ Mədəniyyət naziri  Əbülfəs Qarayev Tovuzda vətəndaşları qəbul edəcək.

Nazirlikdən "Report"a verilən xəbərə görə, qəbul fevralın 8-də, saat 11:00-da Tovuzda yerləşən Heydər Əliyev Mərkəzində (Məşədi Əzizbəyov küçəsi, 1) keçiriləcək. 

Nazir  Ağstafa, Qazax, Tovuz, Şəmkir, Göygöl, Gədəbəy və Daşkəsən rayonlarından olan vətəndaşların şikayətlərini dinləyəcək. 

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi