Əbülfəs Qarayev tikinti şirkətlərinə müraciət edib

Əbülfəs Qarayev tikinti şirkətlərinə müraciət edib Bakı. 18 aprel. REPORT.AZ/ “Biznesmenlərdən və inşaatçılardan artıq dərəcədə xahiş etmək istəyirəm ki, yeni inşaat prosesini həyata keçirəndə tarixi abidələri nəzərə alsınlar.
Mədəniyyət siyasəti
18 Aprel , 2018 16:56
Əbülfəs Qarayev tikinti şirkətlərinə müraciət edib
Report/ Elchin Murad

Bakı. 18 aprel. REPORT.AZ/ “Biznesmenlərdən və inşaatçılardan artıq dərəcədə xahiş etmək istəyirəm ki, yeni inşaat prosesini həyata keçirəndə tarixi abidələri nəzərə alsınlar".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri səlahiyyətlərini icra edən Əbülfəs Qarayev Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə keçirilən “Milli irs mükafatı”nın təqdimetmə mərasimində deyib.

O bildirib ki, insanlar öz əməyi ilə keçmişə hörmətlə yanaşmalıdırlar: "Bəzən tarixi mirasa hörmətsiz yanaşan insanlar olur. Bayram günündə üzümü o insanlara tutub deyirəm ki, yeni inşaat işləri aparanda, yeni layihə həyata keçirəndə mütləq və mütləq düşünün ki, siz tikinti aparmağı nəzərdə tutduğunuz məkanda vaxtilə hansısa böyük memarlar, böyük inşaatçılar əziyyət çəkiblər. Onun dağıdılmasına imkan verməyin. Əgər bu nəzərə alınmasa, siz də bu aqibəti yaşaya bilərsiniz. Həmin tikilən abidələr, ola bilsin ki, 200 il sonra dağıdıla bilər”. 

Son xəbərlər

Orphus sistemi