Yuxarı

Əbülfəs Qarayev: "Tezliklə Milli Musiqi Gününü Cıdır düzündə qeyd edəcəyik"

Əbülfəs Qarayev: "Tezliklə Milli Musiqi Gününü Cıdır düzündə qeyd edəcəyik"

Mədəniyyət nümayəndələri Milli İncəsənət Muzeyinin bağında yerləşən "Güllələnmiş heykəlləri" ziyarət ediblər. 

''Report'' xəbər verir ki, tədbirdə çıxış edən Mədəniyyət naziri Əbülfəs Qarayev tezliklə torpaqlarımızın erməni işğalından azad olacağını və Milli Musiqi Gününün Şuşanın Cıdır düzündə qeyd ediləcəyini bildirib.

''Şuşada ucaldılmış bu heykəllər erməni təcavüzünə uğrayıb. Onlar da bizim kimi əziyyət çəkirlər. Müvəqqəti olaraq burada yerləşən Bülbülün, Natavanın, Üzeyir Hacıbəylinin heykəli öz yerlərinə bərpa olunacaq''.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi