Əbülfəs Qarayev Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Siyəzən şəhərində vətəndaşları qəbul edəcək Qəbula gəlmək istəyən vətəndaşlar şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaya bilərlər
Mədəniyyət siyasəti
25 Yanvar , 2016 20:40
Əbülfəs Qarayev Siyəzən şəhərində vətəndaşları qəbul edəcək

Bakı. 25 yanvar. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yanvar ayının 28-də saat 11ºº-da Siyəzən şəhər Heydər Əliyev Mərkəzində Siyəzən, Xaçmaz, Quba, Qusar və Şabran rayonlarından olan vətəndaşların qəbulu keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi yayıb.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi