Yuxarı

Əbülfəs Qarayev: "Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsindən arxayınlaşmamalıyıq"

Əbülfəs Qarayev: "Şəkinin UNESKO-nun Dünya İrs Siyahısına daxil edilməsindən arxayınlaşmamalıyıq"
© Report / Elchin Murad — Mədəniyyət naziri Əbülfəs Qarayev

"Bu sessiya Azərbaycanda böyük marağa səbəb olub. Bu tədbir heç də adi hal kimi qəbul edilməməlidir. Bunun üçün mübarizə, rəqabət aparılır. Təcrübəmiz olmasaydı, bunu ölkəmizdə keçirməzdilər".

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasının yekunları ilə bağlı mətbuat konfransında deyib.

Nazir qeyd edib ki, bu sessiya çərçivəsində Bakıya gələn insanlar öz ölkələrinin tanınmış şəxsləridir: "Onlar tanınmış mütəxəssislərdir. Qonaqlar şəhəri gəzdilər, tarixi yerləri ziyarət etdilər. Ölkədəki vəziyyət onlarda müsbət təəssürat yaratdı. Xarici media da bu sessiyanı işıqlandırdı. Sessiya ilk gündən son günə qədər UNESKO-nun saytında yayımlanırdı. Bu müddət ərzində kommisiya 166 məkana baxıb, onların mövcud vəziyyəti müzakirə olunub. Bunlardan 32-si yeni nominasiya idi. Biz Şəkinin Dünya İrs Siyahısına daxil edilməsinə nail olduq. Bundan arxayınlaşmamalıyıq, beynəlxalq qaydalara əməl edilməlidir. Gərək elə edək ki, gələcəkdə bu prosesə nəzarət edə bilək. Hər il ya planlı, ya da plansız şəkildə komissiya gəlir, vəziyyəti dəyərləndirir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi