Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edəcək Vətəndaşlar əvvəlcədən qəbula yazılmalıdır
Mədəniyyət siyasəti
12 Dekabr , 2016 15:57
Əbülfəs Qarayev Sabirabadda vətəndaşları qəbul edəcək

Bakı. 12 dekabr. REPORT.AZ/ Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Sabirabad şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Dekabr ayının 16-da baş tutacaq görüş Heydər Əliyev Mərkəzində Şirvan şəhəri, Hacıqabul, İmişli, Saatlı, Sabirabad və Füzuli rayonlarından olan vətəndaşları qəbul olunacaq

Qeyd olunub ki, vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət edə bilərlər.

Sıra №-si Şəhər (rayon) əlaqələndirici şəxs əlaqə telefonu
1. Sabirabad rayonu Əhməd Ramazanov (050) 252-05-52 (021) 235-64-34
2. Şirvan şəhəri Əziz Abbasov (055) 347-96-66 (021) 215-06-46
3. Hacıqabul rayonu Elnur Əmiraslanov (050) 214-12-08 (021) 204-33-50
4. İmişli rayonu Nazim Əzimov (050) 389-40-31 (021) 246-61-89
5. Saatlı rayonu Şərqiyyə Şahpələngova (050) 381-14-89 (021) 285-20-53
6. Füzuli rayonu Elman Məmmədov (050) 530-11-55 (026) 315-55-21

Son xəbərlər

Orphus sistemi