Yuxarı

Əbülfəs Qarayev sabah Lənkəranda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev sabah Lənkəranda vətəndaşları qəbul edəcək

Mədəniyyət naziri Əbülfəs Qarayev sabah Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Mədəniyyə Nazirliyindən "Report"a verilən məlumata görə, bu qəbul aprelin 22-inə nəzərdə tutulsa da, mayın 7-inə dəyişdirilib.

Qəbul saat 11:00-da Lənkəran şəhər Mədəniyyət Mərkəzində ( Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi, 99 ) baş tutacaq.

Vətəndaşlar Nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsi ilə qəbula yazıla bilərlər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi