Əbülfəs Qarayev Rusiya mədəniyyət nazirinin müavini ilə görüşüb

Əbülfəs Qarayev Rusiya mədəniyyət nazirinin müavini ilə görüşüb Bakı. 21 sentyabr. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev sentyabrın 21-də Moskvada Rusiya mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşüb.
Mədəniyyət siyasəti
21 Sentyabr , 2018 20:49
Əbülfəs Qarayev Rusiya mədəniyyət nazirinin müavini ilə görüşüb

Bakı. 21 sentyabr. REPORT.AZ/ Mədəniyyət naziri Əbülfəs Qarayev sentyabrın 21-də Moskvada Rusiya mədəniyyət nazirinin müavini Pavel Stepanovla görüşüb. 

Nazirlikdən "Report"a verilən məlumata görə, görüş çərçivəsində 2019-2020-ci illərdə Azərbaycan Respublikası və Rusiya Federasiyasında qarşılıqlı mədəniyyət mövsümlərinin keçirilməsi ilə bağlı razılığın əldə edilməsindən əlavə bir sıra digər məsələlər müzakirə edilib.

Müzakirələr zamanı müştərək film çəkilişinin həyata keçirilməsi, müvafiq təhsil ocaqları arasında əməkdaşlığın genişləndirilməsi, o cümlədən teatr sahəsində çalışan gənc kadrların mübadiləsi, xoreoqrafiya tədris ocaqları arasında qarşılıqlı əməkdaşlıq imkanlarının nəzərdən keçirilməsi məsələləri qaldırılıb.

Son xəbərlər

Orphus sistemi