Yuxarı

Əbülfəs Qarayev "Parni iz Baku"ya efir qadağası qoyulması ilə bağlı məsələyə münasibət bildirib

Əbülfəs Qarayev "Parni iz Baku" ilə bağlı açıqlama verib
© Report / Elchin Murad — Mədəniyyət naziri Əbülfəs Qarayev

Bakı. 5 mart. REPORT.AZ/ "Tahir İmanov və "Parni iz Baku" kollektivinin fəaliyyəti Mədəniyyət Nazirliyinin nəzərində idi. Dövlət tərəfindən onlara heç bir məhdudiyyət qoyulmamışdı. Özəl televiziyaların fəaliyyətinə gəlincə, onların işinə müdaxilə edə bilmərəm. Onlara yalnız tövsiyə verə bilərik".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev keçirdiyi mətbuat konfransında deyib.

Nazir bildirib ki, T.İmanovun rəhbərlik etdiyi kollektivin konsertləri və ya proqramları mütəmadi şəkildə böyük mədəniyyət saraylarında nümayiş olunur. 

O qeyd edib ki, onlar istedadlı və cəmiyyətə lazım olan gənclər kimi tanınırlar: "Arzu edərdim ki, özəl kanallarda da səviyyəli və zəngin təcrübəyə malik olan Bədii şuralar yaradılsın. Efirlərdə əyləncə proqramları ilə yanaşı, mədəniyyəti ciddi formada təbliğ edən verilişlərə də yer ayrılmalıdır". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi