Yuxarı

Əbülfəs Qarayev Lənkəranda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Lənkəranda vətəndaşları qəbul edəcək
Görüşdə Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından və Lənkəran şəhərinin sakinləri iştirak edə bilər
© Report.az

Bakı. 14 aprel. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Lənkəran şəhərində vətəndaşları qəbul edəcək.

Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən "Report"a verilən məlumata görə, qəbul aprelin  21-i saat 11-də Lənkəran şəhəri Mədəniyyət Mərkəzində ( Zərifə Əliyeva küçəsi, 99 ) keçiriləcək.

Qəbulda Astara, Lerik, Masallı, Cəlilabad, Yardımlı rayonlarından və Lənkəran şəhərindən olan vətəndaşlar iştirak edəcək.  

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula yazılmaq istəyən vətəndaşlar, həmçinin yuxarıda adları qeyd edilən rayonların mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlaya bilərlər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi