Əbülfəs Qarayev Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Lənkəran şəhərində vətəndaşları qəbul edəcək Qəbul sentyabrın 29-da olacaq
Mədəniyyət siyasəti
23 Sentyabr , 2015 10:42
Əbülfəs Qarayev Lənkəran şəhərində vətəndaşları qəbul edəcək

Bakı. 23 sentyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev sentyabrın 29-da Lənkəran şəhəri, Astara, Cəlilabad, Masallı, Lerik və Yardımlı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

"Report" xəbər verir ki, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Qəbul saat 11-də Lənkəran şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutacaq.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər. Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş şəhər (rayon) mədəniyyət və turizm şöbələri ilə əlaqə saxlamaları xahiş olunur.

Son xəbərlər

Orphus sistemi