Əbülfəs Qarayev İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək Qəbulda Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşlar iştirak edə bilərlər
Mədəniyyət siyasəti
27 Mart , 2017 10:02
Əbülfəs Qarayev  İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək
Report.az

Bakı. 27 mart. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev İsmayıllı şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Məlumata görə, nazir martın 29-da saat 11:00-da İsmayıllı şəhərində Heydər Əliyev Mərkəzində (Heydər Əliyev pr., 59 ) Ağsu, Qəbələ, Qobustan, İsmayıllı və Şamaxı rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunmuş əlaqələndirici şəxslərə müraciət etmələri xahiş olunur.

Sıra№-si Şəhər (rayon) əlaqələndirici şəxs əlaqə telefonu
1. İsmayıllı rayonu Azər Abbasov (050) 354-18-38 (02028) 5-43-04
2. Ağsu rayonu Cavanşir Şeydazadə (050) 377-44-21(02022) 6-47-72
3. Qəbələ rayonu Nargilə Qafarova (050) 677-84-10(02420) 5-02-99
4. Qobustan rayonu Şəhriyar Soltan (070) 202-00-37(02024) 5-00-08
5. Şamaxı rayonu Rafael Tağızadə (050) 669-92-55(02026) 5-20-91

Son xəbərlər

Orphus sistemi