​Əbülfəs Qarayev Fransa nümayəndə heyəti ilə görüşüb

​Əbülfəs Qarayev Fransa nümayəndə heyəti ilə görüşüb Görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi və s. məsələlər müzakirə edilib
Mədəniyyət siyasəti
6 Fevral , 2015 20:40
​Əbülfəs Qarayev Fransa nümayəndə heyəti ilə görüşüb

Bakı. 6 fevral. REPORT.AZ/ Bu gün Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ilə Fransanın ölkədəki fövqəladə və səlahiyyətli səfiri Paskal Mönye və fransız prodüsser Daniela Lümbrozo arasında görüş keçirilib.

"Report"un məlumatına görə, bu barədə məlumatı Mədəniyyət və Turizm Nazirliyi yayıb.

Məlumata görə, görüşdə mədəniyyət və turizm sahəsində ikitərəfli əməkdaşlığın genişləndirilməsi, yeni layihələr və incəsənət tədbirlərinin keçirilməsi, həmçinin bu mədəni tədbirlərin Fransanın nüfuzlu televiziya kanallarında yayımlanması məsələləri müzakirə edilib.

Nazir qeyd edib ki, dövlət səviyyəsində, həmçinin xalqlarının bir-birinin mədəniyyətinə göstərdiyi qarşılıqlı maraq bu əməkdaşlığın uğurlu inkişafına daima təkan verir. Paskal Mönye Fransanın Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə fəal iştirak etdiyini, qarşılıqlı sərgilər keçirildiyini vurğulayaraq, ölkəmizlə prioritet verilən əməkdaşlıq sahələri sırasında mədəniyyət və turizmə xüsusi üstünlük verildiyini diqqətə çatdırıb.

O bu sahədə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın xüsusi təşəbbüslərindən məmnunluğunu ifadə edib.

Sonda Paskal Mönye Əbülfəs Qarayevə görüşə görə minnətdarlığını bildirib, nazir isə öz növbəsində səfirə gələcək fəaliyyətində uğurlar arzulayıb.

Son xəbərlər

Orphus sistemi