Bakı. 7 dekabr. REPORT.AZ/ Mədəniyyət naziri
Nazirlikdən "Report"a verilən məlumata görə, görüş zamanı nazir Əbülfəs Qarayev dahi bəstəkar Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində xüsusi yerdə olduğunu və onun adı ilə bağlı keçirilən beynəlxalq festival, konfrans və həyata keçirilən işlərlə bağlı qonaqları məlumatlandırıb.
Prezident
Eyni zamanda nazir Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi və Ceyhun Hacıbəylinin 125 illik yubileyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında nümayiş olunan “Nuri-didə Ceyhun” pyesi haqqında məlumat verib.
O qeyd edib ki, Ceyhun Hacıbəyli obrazının canlandırıldığı bu tamaşa onun məşəqqətli mühacirət həyatından və Cümhuriyyətimizin keçdiyi çətin, lakin şərəfli mübarizə yolundan bəhs edir.
Ceyhun Hacıbəylinin həyat yoldaşı Paskal Hacıbəyli Buşe qəbula görə nazir Əbülfəs Qarayevə təşəkkürünü bildirmiş və görüşdən böyük məmnunluğunu ifadə edib.