Əbülfəs Qarayev: "Bölgələrdəki mədəniyyət evləri və klublardan 160-ı qəzalı vəziyyətdədir"

Əbülfəs Qarayev: "Bölgələrdəki mədəniyyət evləri və klublardan 160-ı qəzalı vəziyyətdədir" Nazir: "Azərbaycanda 900-dən çox klubun və mədəniyyət evinin binası yoxdur"
Mədəniyyət siyasəti
10 Fevral , 2016 11:51
Əbülfəs Qarayev: Bölgələrdəki mədəniyyət evləri və klublardan 160-ı qəzalı vəziyyətdədir

Bakı. 10 fevral. REPORT.AZ/ "Azərbaycanın rayon və şəhərlərində mədəniyyət evlərinə verilən dəstək, mədəniyyət evlərinin təmir olunması prosesi davam edir".

"Report" xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev rayon-şəhər mədəniyyət mərkəzlərinin illik ümumrespublika müşavirəsində deyib.

O bildirib ki, hazırda rayonlarda 160 qəzalı mədəniyyət evi, 1187 təmirsiz, 649 təmirli mədəniyyət evləri və klub var: "Azərbaycanda 900-dən çox klubun və mədəniyyət evinin binası yoxdur. Bu məsələlər diqqət mərkəzindədir".

Son xəbərlər

Orphus sistemi