Əbülfəs Qarayev beynəlxalq teatr konfransının iştirakçıları ilə görüşüb

Əbülfəs Qarayev beynəlxalq teatr konfransının iştirakçıları ilə görüşüb Nazir: “Multikulturalizm Azərbaycan xalqının həyat tərzinin bir parçası kimi tarixin bütün dövrlərində mövcud olub”
Mədəniyyət siyasəti
8 Noyabr , 2016 15:10
Əbülfəs Qarayev beynəlxalq teatr konfransının iştirakçıları ilə görüşüb

Bakı. 8 noyabr. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev IV Bakı Beynəlxalq Teatr Konfransında iştirak edən bir qrup nümayəndə ilə görüşüb.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, görüşdə Beynəlxalq Teatr Tədqiqatları Federasiyasının prezidenti Cin Qrehem-Cons, Beynəlxalq Teatr Tənqidçiləri Assosiasiyasının vitse-prezidenti Savas Patsalidis, Britaniya Şurasının nümayəndəsi Devid Pərriş, Beynəlxalq Teatr İnstitutunun ərəb ölkələri üzrə əlaqələndiricisi İbrahim Assiri, Batumi Dövlət İncəsənət Universitetinin rektoru Ermile Mesxiya və İsrail Milli Mərkəzinin sədri Razi Amitai iştirak ediblər.

Ə.Qarayev Azərbaycanda mədəniyyətin digər sahələri kimi, teatr sahəsinə də dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərildiyini vurğulayıb. O qeyd edib ki, multikulturalizm Azərbaycan xalqının həyat tərzinin bir parçası kimi tarixin bütün dövrlərində mövcud olub: “Mədəniyyətlərarası dialoq, multikulturalizm və tolerantlıq kimi dəyərlər ölkədə dövlət siyasətinin tərkib hissəsi olaraq bu gün də inkişaf edir. Azərbaycan mədəniyyət sahəsində dünyanın müxtəlif ölkələri və nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq edir”.

Nazir IV Bakı Beynəlxalq Teatr Konfransının da uğurlu nəticələrlə yadda qalacağına, bütün iştirakçı tərəflər üçün səmərəli olacağına əminliyini söyləyib.

Konfransın əhəmiyyətinə toxunan qonaqlar dünyanın müxtəli ölkələrindən olan teatr nümayəndələri, o cümlədən teatrşünaslar, teatr tənqidçiləri üçün qarşılıqlı fikir mübadiləsinin aparılmasına yaxşı imkanlar yarandığını diqqətə çatdırıblar.

Son xəbərlər

Orphus sistemi