Əbülfəs Qarayev: "Azərbaycanda qiymətli bədii və sənədli filmlər çəkilir"

Əbülfəs Qarayev: "Azərbaycanda qiymətli bədii və sənədli filmlər çəkilir" Bakı. 13 noyabr. REPORT.AZ/ Kino irsinin qorunması, filmlərin nümayişi sahəsində mühüm işlər görülür.
Mədəniyyət siyasəti
13 Noyabr , 2018 10:15
Əbülfəs Qarayev: Azərbaycanda qiymətli bədii və sənədli filmlər çəkilir
Əbülfəs Qarayev

Bakı. 13 noyabr. REPORT.AZ/ "Kino irsinin qorunması, filmlərin nümayişi sahəsində mühüm işlər görülür".

"Report" xəbər verir ki, bunu mədəniyyət naziri Əbülfəs Qarayev məqaləsində bildirib.

Nazir qeyd edib ki, son illərdə "Azərbaycanfilm” kinostudiyasında, həmçinin Bakı Media Mərkəzində milli tarixi yaddaşın bərpasına, Azərbaycanın ictimai-siyasi həyatına, görkəmli şəxsiyyətlərə həsr olunan qiymətli bədii və sənədli ekran əsərləri ərsəyə gətirilir: "Bu qəbildən filmlərin ölkəmizlə yanaşı, xaricdə də təqdimatları keçirilir".

Ə.Qarayev bildirib ki, 2009-cu ildə istifadəyə verilən Dövlət Film Fondunun binası texniki imkanlarına görə dünyada ən müasir kino-arxiv müəssisələrindəndir: "Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ilə müasir səviyyəli kino prokatının əsası qoyulub. Dövlətin bu sahədə nümunə olan addımından sonra müasir tələblərə uyğun özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb".

Son xəbərlər

Orphus sistemi