Yuxarı

Əbülfəs Qarayev Ağdaşda vətəndaşları qəbul edəcək

Əbülfəs Qarayev Ağdaşda vətəndaşları qəbul edəcək
Qəbulda Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının sakinləri iştirak edə bilərlər

Bakı. 20 fevral. REPORT.AZ/ Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Ağdaş şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qəbul fevralın 24-də saat 11ºº-da Ağdaş şəhərindəki Heydər Əliyev Mərkəzində (Heydər Əliyev Meydanı 1) keçiriləcək. Qəbulda Ağdaş, Göyçay, Ucar və Zərdab rayonlarının sakinləri iştirak edə bilərlər. 

Vətəndaşlar nazirliyin mct@mct.gov.az elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşların həmçinin aşağıda qeyd olunan əlaqələndirici şəxslərə müraciət edə bilərlər.

Ağdaş rayonu Tahir Əliyev (020) 235-51-91(051) 411-75-11, Göyçay rayonu Sahib Şükürov (020) 274-35-29 (050) 226-00-37, Ucar rayonu Alı Babayev (020) 213-01-27(050) 234-04-65 və Zərdab rayonu Urfan Əhmədov (020) 296-60-61(050) 375-83-03.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi