Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində “Təbiətdən Tarixə” Beynəlxalq Keramika Simpoziumu keçiriləcək.
ABAD-dan "Report"a verilən məlumata görə, mayın 20-dən iyunun 2-dək davam edən simpoziumda bir çox ölkələrdən peşakar keramistlər iştirak edəcək.
Simpozium zamanı iştirakçılar layihənin kuratoru məşhur keramist Mir Teymur Məmmədovun başçılığı ilə heykəltaraşlıq kompozisiyaları üzərində çalışacaq.
Simpoziumda iştirak üçün dünyanın 22 ölkəsindən çox müraciətlər qəbul edilib.
İştrakçıların qeydiyyatı tədbirin rəsmi veb-saytı (
Seçim prosesi əsasında 14 ölkədən 26 sənətkar-keramist seçilib.
Beləliklə, Simpoziumda iştirak edəcək ölkələr: Türkiyə, Rusiya, Ukrayna, Polşa, Çexiya, Latviya, İraq, Norveç, Brazilya, Tunis, Banqladeş, İordaniya, Qırğızıstan, Monqolustan müəyyən edilib.
Qeyd edək ki, “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzi Azərbaycan Resplublikası Prezidenti