Dövlət Xidmətində rəis müavinlərinin sayı artırılıb

Dövlət Xidmətində rəis müavinlərinin sayı artırılıb Prezident İlham Əliyev fərman imzalayıb
Mədəniyyət siyasəti
13 Fevral , 2017 17:57
Dövlət Xidmətində rəis müavinlərinin sayı artırılıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin yaradılması haqqında” fərmanda dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

“Report” xəbər verir ki, sənədə əsasən, Xidmət rəisinin müavinlərinin sayı birdən ikiyə artırılıb.

Nazirlər Kabinetinə bu fərmandan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi