Diaspor rəhbəri beynəlxalq festivalda Azərbaycanı təmsil edib

Diaspor rəhbəri beynəlxalq festivalda Azərbaycanı təmsil edib Festivala qatılan Azərbaycan təmsilçisi Rüstəm Kərimov müsabiqənin xüsusi diplomu ilə mükafatlandırılıb
Mədəniyyət siyasəti
11 May , 2017 15:32
Diaspor rəhbəri beynəlxalq festivalda Azərbaycanı təmsil edib

Bakı. 11 may. REPORT.AZ/ İtaliyada “Azəri” Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri, xoreoqraf, Milan Konservatoriyasının professoru Mais Nuriyev bu il San-Remo Beynəlxalq Rəqq Müsabiqəsinin münsiflər heyətində təmsil olunub. 

"Report" xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb. 

Soydaşımız jürinin tərkibində dünyanın bir sıra ölkələrindən gəlmiş rəqqaslar arasından ən yaxşılarının seçilməsində iştirak edib.

Qeyd edək ki, festivala qatılan Azərbaycan təmsilçisi Rüstəm Kərimov müsabiqənin xüsusi diplomu ilə mükafatlandırılıb.

Bundan başqa, diaspor rəhbəri Mais Nuriyev Qırğızıstanın paytaxtı Bişkekdə keçirilmiş Beynəlxalq Mədəniyyət Forumunda iştirak edərək Azərbaycan mədəniyyətini tanıdıb. Soydaşımız Qırğızıstan Mədəniyyət Nazirliyinin dəvətilə Bişkek Xoreoqrafiya Akademiyasında dünya xalq rəqslərinə quruluş verib və ustad dərsləri deyib. Mais Nuriyev təşkilatçıların istəyi ilə Azərbaycan xalq rəqslərinin tarixi, milli bayramlarımız, adət-ənənələrimiz, milli geyimlərimiz, folklor rəqsləri barədə mühazirə deyib.

On beş ilə yaxındır İtaliyanın Milan şəhərində yaşayan Mais Nuriyev "Aida" və "Orizon" Rəqs Akademiyasının rəhbəri və Milan Konservatoriyasının professorudur. O, İtaliyada və digər ölkələrdə bir sıra əsərlərə xoreoqrafik quruluş verib. Məşhur bəstəkarımız Fikrət Əmirovun 90 illiyi ilə əlaqədar onun "Qarabağ Azərbaycanın incisidir" musiqi əsəri əsasında yaradılan "Qarabağ" kompozisiyası və Xocalıya həsr olunan "Qarabağ - İtaliyaya yaxın və uzaq" Mais Nuriyev uğurlu işləri sırasındadır.

Son xəbərlər

Orphus sistemi