​Daşkənddə "Əlişir Nəvainin dünya ədəbiyyatında rolu" adlı elmi simpozium keçirilib

​Daşkənddə "Əlişir Nəvainin dünya ədəbiyyatında rolu" adlı elmi simpozium keçirilib Tədbirdə Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin rəhbəri məruzə ilə çıxış edib
Mədəniyyət siyasəti
10 Fevral , 2016 16:25
​Daşkənddə Əlişir Nəvainin dünya ədəbiyyatında rolu adlı elmi simpozium keçirilib

Bakı. 10 fevral. REPORT.AZ/ Özbəkistan Dövlət Tarix Muzeyində böyük özbək şairi Əlişir Nəvainin 575 illik yubileyinə həsr olunmuş "Əlişir Nəvainin dünya ədəbiyyatında rolu" adlı elmi simpozium keçirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyi yanında Heydər Əliyev adına Mədəniyyət Mərkəzindən "Report"a verilən məlumata görə, elmi simpoziumda məruzə ilə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan və özbək ədəbi əlaqələrinin tarixinin qədim dövrlərə gedib çıxdığını, orta əsrlərdə iki xalq arasındakı əlaqələrin yüksək səviyyədə olmasının əsas səbəbinin isə onların eyni kökə, ənənələrə malik olmasında, Azərbaycan və cığa­tay türkcəsinin vahid mənşəyə mənsub olmasında gördüyünü qeyd edib.

Samir Abbasov Nəvainin özbək-Azərbaycan ədəbi əlaqələrində böyük rolu olduğunu, Azərbaycan ədəbiyyatına xüsusi rəğbət göstərdiyini, Nizamini öz ustadı, ilhamvericisi hesab etdiyini və ona əsərlər həsr etdiyini bildirib. Nəvainin özündən sonra gələn Azərbaycan şairləri - Kişvəri, Xətai, Füzuli və başqalarının yaradıcılığına təsir etdiyini qeyd edib.

Simpoziumda çıxış edən Özbəkistan Milli Elmlər Akademiyasının Tarix Muzeyinin direktoru, professor Cənnət İsmayılova və Nəvaişünas alim, araşdırmaçı Feyzulla Nəbiyev Nəvainin dünya xalqları, o cümlədən Azərbaycan ədəbiyyatı ilə bağlılığı, yaratdığı əsərləri barədə məruzə ilə çıxış edərək, onun əsərlərinin, kəlamlarının gənc nəslin tərbiyəsində rolu barədə məruzə ediblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

Son xəbərlər

Orphus sistemi