Polşa bəstəkarı Frederik Şopenin yaradıcılığına həsr olunan tədbir keçiriləcək

Polşa bəstəkarı Frederik Şopenin yaradıcılığına həsr olunan tədbir keçiriləcək Tədbir Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində baş tutacaq
Mədəniyyət siyasəti
2 İyun , 2015 17:36
Polşa bəstəkarı Frederik Şopenin yaradıcılığına həsr olunan tədbir keçiriləcək

Bakı. 2 iyun. REPORT.AZ/ Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində dahi Polşa bəstəkarı, pianoçu Frederik Şopenin (1810-1849) yaradıcılığına həsr olunan tədbir keçiriləcək. Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyindən məlumat verilib.

Klassik Musiqisevənlər Klubunun auditoriyası üçün hazırlanmış gecədə bəstəkarın əsərlərindən ibarət konsert proqramı ilə yanaşı, slayd-şou nümayiş etdiriləcək.

Şopen yaradıcılığını və musiqisini sevənlər ekranda onun uşaqlıq, gənclik, yaradıcılıq fəaliyyəti, XIX əsrin I yarısında Fransanın tanınmış yaradıcı xadimləri ilə əlaqələrindən maraqlı faktlarla tanış olacaqlar. 

Son xəbərlər

Orphus sistemi