Cəlilabadda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb

Cəlilabadda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb Cəlilabad rayonunda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb.
Mədəniyyət siyasəti
18 Aprel , 2019 17:15
Cəlilabadda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb

Cəlilabad rayonunda qədim dövrə aid maddi mədəniyyət nümunələri tapılıb.

"Report"un Muğan bürosunun məlumatına görə, maddi mədəniyyət nümunələrinə rayonun Şatırlı kəndində yerli sakinlər tərəfindən köhnə evin söküntüsü zamanı rast gəlinib. 

Onlar arasında daşdan düzəldilmiş əmək alətləri, məişət əşyaları və hətta məktublaşmalar zamanı qəbilə başçısı tərəfindən istifadə olunan və üzərində xüsusi təsvir olan daş da var. Mütəxəssislərin sözlərinə görə, bu tip nümunələrə Altay və Şərqi Anadolu əraziləri boyunca da rast gəlinir. Tapıntıların birinin üzərindəki işarə Qobustandakı qayaüstü təsvirləri xatırladır.

Tarixçi Elşad Əmənov bildirib ki, maddi mədəniyyət nümunələri 7-8 min il əvvələ aiddir.

Tapılmış tarixi nümunələr Cəlilabad Tarix-Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi