Bakı. 21 dekabr. REPORT.AZ/ Prezident İlham Əliyev Cavanşir Mirzəməmməd oğlu Zeynallıya Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
"Report"un məlumatına görə, sərəncamla C.Zeynallıya Azərbaycanda estrada musiqisinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.