“Çanaqqala 100: Qardaş Köməyi” filmi və “Çanaqqala Türküsü” klipi təqdim olunub

“Çanaqqala 100: Qardaş Köməyi” filmi və “Çanaqqala Türküsü” klipi təqdim olunub Təqdimat mərasiminə millət vəkilləri, ziyalılar qatılıblar
Mədəniyyət siyasəti
23 Aprel , 2015 12:56
“Çanaqqala 100: Qardaş Köməyi” filmi və “Çanaqqala Türküsü” klipi təqdim olunub

Bakı. 23 aprel. REPORT.AZ/ ASAN xidmətin dəstəyi ilə hazırlanan “Çanaqqala 100: Qardaş Köməyi” sənədli filminin və “Çanaqqala Türküsü” klipinin təqdimatı keçirilib. “Report”un məlumatına görə, təqdimat mərasiminə millət vəkilləri, alimlər, ictimai fəallar qatılıblar.

ASAN Könülləri Gənclər Təşkilatının sədri Fərid Sadıxlı və Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli layihəni təqdir ediblər.

Müğənni Sevda Ələkbərzadənin ifası ilə “Çanaqqala Türküsü”nün klipi nümayişi olunub. Sonra film təqdim edilib.

Qeyd edək ki, layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin üzvü Cəlal Qurbanovdur. Film 100 il öncə Çanaqqala savaşlarında şəhid olmuş türk əsgərləri və azərbaycanlı könüllülərin xatirəsinə ithaf edilib.

Son xəbərlər

Orphus sistemi