İlk İtaliya-Azərbaycan Film Festivalı ilə bağlı mətbuat konfransı keçirilib - FOTO

İlk İtaliya-Azərbaycan Film Festivalı ilə bağlı mətbuat konfransı keçirilib - FOTO Bakı. 25 yanvar. REPORT.AZ/ I İtaliya-Azərbaycan Film Festivalının açılışı münasibətilə mətbuat konfransı keçirilib.
Mədəniyyət siyasəti
25 Yanvar , 2019 22:54
İlk İtaliya-Azərbaycan Film Festivalı ilə bağlı mətbuat konfransı keçirilib - FOTO
Foto: "Report"

Bakı. 25 yanvar. REPORT.AZ/ I İtaliya-Azərbaycan Film Festivalının açılışı münasibətilə mətbuat konfransı keçirilib.

"Report" xəbər verir ki, mətbuat konfransında festivalın prezidenti Rema Girone və münsiflər heyəti iştirak edib.

R.Girone bildirib ki, bu, ilk İtaliya-Azərbaycan film festivalıdır: "Biz Azərbaycan kinematoqrafiyasını yüksək qiymətləndiririk. Tədbirin Bakıda keçirilməsindən çox məmnunuq. Festival ölkələrimiz arasında mədəni əlaqələrin olduğunu göstərir".

Münsiflər heyəti vurğulayıb ki, gündə iki dəfə Nizami Kino Mərkəzində nümayiş olunacaq filmlər italyan, Azərbaycan və beynəlxalq olmaqla, 3 bölmədə təşkil ediləcək və mükafatlandırmalar da buna uyğun aparılacaq. Təqdim olunacaq filmlərdə dini, milli və irqi ayrı-seçkiliyə yol verilməməlidir.

Festivalda Azərbaycan və İtaliya tərəfindən münsiflər heyəti olacaq və mükafatlandırma qala gecəsində baş tutacaq.

Festival Azərbaycan Mədəniyyət Nazirliyi, İtaliyanın aparıcı film istehsalçısı “IMAGO Group” və “SANDRO TETİ Editore” nəşriyyat evinin təşkilatçılığı ilə “United Cultures” ilə əməkdaşlıq çərçivəsində baş tutacaq.

Məqsəd Azərbaycanda kinematoqrafiyanın keçmişi, bu günü və gələcəyini təbliğ etməkdir.

Festival yanvarın 30-dək davam edəcək.

Daha əvvəl bildirilib ki, Bakıda Azərbaycan və İtaliya kino sanəyesinin keçmişin, bu gününü və gələcəyini təbliğ etmək məqsədi daşıyan I İtaliya-Azərbaycan Film Festivalı keçiriləcək.

Foto: Elçin Murad 

Son xəbərlər

Orphus sistemi