Bu il oktyabrında Naxçıvanda ″Şəhriyar″ konfransı keçiriləcək

Bu il oktyabrında Naxçıvanda ″Şəhriyar″ konfransı keçiriləcək Tədbir Naxçıvan Dövlət Universiteti və Urmiya Universitetinin təşkilatçılığı ilə baş tutacaq
Mədəniyyət siyasəti
11 Avqust , 2015 18:26
Bu il oktyabrında Naxçıvanda ″Şəhriyar″ konfransı keçiriləcək

Bakı. 11 avqust. REPORT.AZ/ Naxçıvan Dövlət Universiteti və Urmiya Universitetinin təşkilatçılığı ilə “Şəhriyar” konfransının keçirilməsi nəzərdə tutulur. Bunu “Report”a açıqlamasında İranın Naxçıvandakı baş konsulu Mənsur Ayrum (Mansour Airoum) bildirib.

İranla Naxçıvan arasında çoxlu müştərək mədəni dəyərlərə əsaslanan əməkdaşlıq prespektivlərinin olduğunu deyən baş konsul muxtar respublikanın İranın Qərbi və Şərqi Azərbaycan vilayətləri ilə müxtəlif elmi, mədəni və incəsənət sahələrində geniş əməkdaşlıq yaratmaq imkanı olduğunu bildirib.

“Naxçıvan Dövlət Universitetinin əməkdaşlığı ilə yenidən keçirilməsi nəzərdə tutulan ″Şəhriyar″ konfransı da məhz elmi əlaqələrin göstəricisidir. Bu konfrans bu il oktyabrın 6-da Naxçıvanda və oktyabrın 8-də Urmiyada keçiriləcək. Qarşılıqlı olaraq Azərbaycan filmlərinin Urmiyada və İran filmlərinin isə Naxçıvanda nümayişini nəzərdə tuturuq. Naxçıvan elm adamlarının son bir neçə ay ərzində İrandakı elmi tədbirlərdə iştirakı da elmi əlaqələrin inkişafından xəbər verir. İranlı bir müəllimin Naxçıvan Dövlət Universitetində fars dilini tədris etməsi isə müştərək layihələrimizdən biridir, - diplomat vurğulayıb.

Son xəbərlər

Orphus sistemi