Bu gün Bakıda AXC-nin 100 illiyinə həsr edilən konsert keçiriləcək, atəşfəşanlıq olacaq

Bu gün Bakıda AXC-nin 100 illiyinə həsr edilən konsert keçiriləcək, atəşfəşanlıq olacaq Bakı. 28 may. REPORT.AZ/ Bu gün Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan təntənəli konsert proqramı keçiriləcək.
Mədəniyyət siyasəti
28 May , 2018 15:43
Bu gün Bakıda AXC-nin 100 illiyinə həsr edilən konsert keçiriləcək, atəşfəşanlıq olacaq

Bakı. 28 may. REPORT.AZ/ Bu gün Bakı Kristal Zalında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunan təntənəli konsert proqramı keçiriləcək.

Heydər Əliyev Fondundan "Report"a verilən məlumata görə, konsert proqramında tanınmış mədəniyyət və incəsənət xadimləri çıxış edəcəklər.

Konsert saat 20:00-dan etibarən Dənizkənarı Milli Park ərazisində – Azərbaycan Dövlət Kukla Teatrının arxasındakı meydançada quraşdırılımış böyük monitorda canlı yayımlanacaq.

Saat 22:00-da isə möhtəşəm atəşfəşanlıq olacaq. 

Son xəbərlər

Orphus sistemi