BŞİH başçısı: "Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq"

BŞİH başçısı: "Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq" Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı işlər davam etdirilir.
Mədəniyyət siyasəti
10 May , 2020 10:26
BŞİH başçısı: Tağıyevin heykəlinin qoyulması yaxın vaxtlarda reallaşdırılacaq

"Hazırda Hacı Zeynalabdin Tağıyevin heykəlinin ucaldılması ilə bağlı işlər davam etdirilir".

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Eldar Əzizov deyib.

"Hazırda heykəlin hazırlanması işləri görülür. Heykəltəraşlar işləyir, Heydər Əliyev Fondu tərəfindən məsələyə nəzarət olunur. Heykəlin ucaldılması asan başa gələn proses deyil. Yaxın vaxtlarda bu məsələ reallaşdırılacaq", - deyə BŞİH başçısı bildirib.

Qeyd edək ki, Azərbaycanın böyük xeyriyyəçisi, maarifpərvər və ictimai xadim Hacı Zeynalabdin Tağıyevin heykəlinin açılışı təxirə salınıb.

Son xəbərlər

Orphus sistemi