Braziliya parlamentində Azərbaycan mətbəxi təqdim olunub

Braziliya parlamentində Azərbaycan mətbəxi təqdim olunub Gələcəkdə Azərbaycan milli mətbəxinin təqdimatının parlamentdə keçirilməsi ilə bağlı səfirliyə müraciət edilib
Mədəniyyət siyasəti
27 May , 2015 12:09
Braziliya parlamentində Azərbaycan mətbəxi təqdim olunub

Bakı. 27 may. REPORT.AZ/ Azərbaycan mətbəxinin Braziliyada tanıdılması məqsədi ilə səfirlik Braziliya Milli Konqresində (parlamentində) Azərbaycan milli yeməklərinin təqdimatını keçirib. Bu barədə "Report"a Azərbaycanın Braziliyadakı səfirliyindən məlumat verilib.

Azərbaycan Milli Kulinariya Assosiasiyasının üzvü, tanınmış aşpaz Ziya Şahbazov manqal salatı, qutab, şah plov, ləvəngi, paxlava və Azərbaycanın digər məhşur mətbəx nümunələrini hazırlayıb.

Tədbirdə Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov, Braziliya Senatında Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Kristovam Buarke, Braziliya Deputatlar Palatasında Braziliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun Prezidenti Klaudio Kajado və Braziliya parlamentinin çoxsaylı üzvləri iştirak ediblər.

Braziliyalı parlamentarlar Azərbaycan milli yeməkləri ilə tanış olduqdan sonra, milli mətbəxin zənginliyindən təəssüratlandıqlarını bildiriblər.

Tədbirin uğurunu nəzərə alaraq, Braziliya tərəfi gələcəkdə yenidən Azərbaycan milli mətbəxinin təqdimatının parlamentdə keçirilməsi ilə bağlı səfirliyə müraciət edib.

Tədbir keçirilən zalın qarşısında Azərbaycana həsr olunan banerlər quraşdırılıb və iştirakçılara ölkənin zəngin mədəniyyəti və mətbəxinə dair portuqal dilində jurnallar paylanılıb.

Son xəbərlər

Orphus sistemi