Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyası Londonda xeyriyyə axşamı təşkil edib - FOTO

Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyası Londonda xeyriyyə axşamı təşkil edib - FOTO London. 19 noyabr. REPORT.AZ/ Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyası (AWA UK) London Beynəlxalq Qadınlar Birliyi Federasiyası (FIWAL) ilə birgə “Payız Qala Axşamı” təşkil edib.
Mədəniyyət siyasəti
19 Noyabr , 2018 19:59
Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyası Londonda xeyriyyə axşamı təşkil edib - FOTO

London. 19 noyabr. REPORT.AZ/ Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyası (AWA UK) London Beynəlxalq Qadınlar Birliyi Federasiyası (FIWAL) ilə birgə “Payız Qala Axşamı” təşkil edib.

“Report”un verdiyi xəbərə görə, tədbirə Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə, Türkiyənin Böyük Britaniyadakı səfiri Ümit Yalçın, həmçinin bir sıra xarici və yerli qonaqlar qatılıblar.

Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyasının yaradıcısı Ülviyyə Tağızadə təşkilatın qurulduğu bir il müddətində təşkil edilən tədbirlər haqqında məlumat verib və Böyük Britaniyadakı azərbaycanlı qadınlar ilə beynəlxaq quruluşlardakı xarici qadınlar arasında əlaqə qurulmasının əhəmiyyəti haqqında danışıb.

London Beynəlxalq Qadınlar Birliyi Federasiyasının rəhbəri Laura Shcapira bildirib ki1986-cı ildən başlayaraq Federasiya 33 qadın təşkilatını özündə birləşdirir. O, qadınların bir araya gəlməsinin əhəmiyyətinə də toxunub. Daha sonra, soprano Sophie Atalar və pianinoda Səadət Fərziyeva Azərbaycanın milli musiqilərini səsləndiriblər.

Qeyd edək ki, yardım yeməyində Böyük Britaniyalı rəssamlara məxsus əsərlər, Quba və Təbriz xalçaları, Gülnarə Xəlilovaya məxsus paltarlar, “Arsenal”ın aparıcı futbolcusu Mesut Özilin imzalı forması kimi müxtəlif əşyalar auksiyonda nümayiş olunub. Auksiyondan əldə olunan gəlir FİWAL-ın seçilmiş xeyriyyə programı və AWA UK-ın seçilmiş xeyriyyə programı olan “Yaradan” layihəsindəki 12-16 yaşlı uşaqlara dəstək məqsədi ilə istifadə olunacaq. Böyük Britaniyadakı Azərbaycan Qadınlar Assosiasiyası 2017-ci ilin oktyabr ayında Birləşmiş Krallıqda yaşayan azərbaycanlı qadınların şəbəkəsini yaratmaq və genişləndirmək məqsədilə yaradılıb. 

Aytən ABBASLI

Son xəbərlər

Orphus sistemi