Bossa-novanın banilərindən olan Juan Jilbertu vəfat edib - VİDEO

Bossa-novanın banilərindən olan Juan Jilbertu vəfat edib - VİDEO Musiqi üslubu bossa-novanın banilərindən biri olan Juan Jilbertu 88 yaşında ölüb.
Mədəniyyət siyasəti
7 İyul , 2019 08:15
Bossa-novanın banilərindən olan Juan Jilbertu vəfat edib - VİDEO

Musiqi üslubu bossa-novanın banilərindən biri olan Juan Jilbertu 88 yaşında ölüb.

"Report" xəbər verir ki, bu barədə France Presse Agentliyi artistin oğluna istinadən məlumat verib. 

Musiqiçinin dəqiq ölüm səbəbi açıqlanmasa da, onun son illər səhhətində problemlər yaşadığı bildirilir.

Braziliyada 1931-ci ildə anadan olan gitaraçı, müğənni və bəstəkar Juan Jilbertu hələ yeniyetməlik illlərindən mahnı oxumağa başlamışdı. Onun debüt “Chega de Saudade” (1959) albomu bossa-nova üslubunun əsasını qoyan səsyazmalardan biri hesab olunur.

Qeyd edək ki, bossa-nova Braziliya xalq mahnıları ilə caz elemenlərinin sintezi olan musiqi üslubudur.

Son xəbərlər

Orphus sistemi