Bolqarıstan radiosunda Azərbaycanın mədəni irsi və muzeyləri haqqında veriliş yayımlanıb

Bolqarıstan radiosunda Azərbaycanın mədəni irsi və muzeyləri haqqında veriliş yayımlanıb Azərbaycanın bu ölkədəki səfiri verilişdə qonaq qismində iştirak edib
Mədəniyyət siyasəti
8 Noyabr , 2016 08:05
Bolqarıstan radiosunda Azərbaycanın mədəni irsi və muzeyləri haqqında veriliş yayımlanıb

Sofiya. 8 noyabr. REPORT.AZ/ Bolqarıstanın milli radiosunda (BNR) “Avropa və digər paralellər – Azərbaycanın mədəni irsi və muzeyləri” mövzusunda veriliş yayımlanıb.

“Report”un Şərqi Avropa bürosu xəbər verir ki, verilişdə qonaq qismində iştirak edən Azərbaycanın Bolqarıstandakı səfiri Nərgiz Qurbanova bolqar dinləyicilərinə ölkəmiz haqqında məlumat verib, Azərbaycanın əsrlər boyu multikulturalizm və tolerantlıq dəyərlərini özündə yaşatdığını diqqətə çatdırıb.

Azərbaycanda muzeylərin qədim tarixə malik olduğunu bildirən səfir, onların keçdiyi inkişaf yoluna da nəzər salıb:

“19-cu əsrin sonlarında Azərbaycanda muzeylər təşkil olunmağa başlasa da, ilk milli muzeyin yaranması Azərbaycan Xalq Cümhuriyyəti dövrünə təsadüf edir. “İstiqlal” muzeyinin fəaliyyətə başlaması o dövrün mühüm mədəni hadisələrindəndən biri hesab olunur. Hazırda Azərbaycanda 250 dövlət və özəl muzey fəaliyyət göstərir. Müasir İncəsənət muzeyi, Xalça muzeyi, Açıq hava altında Qala Arxeoloji Etnoqrafik muzey kompleksi, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi, Miniatür Kitab muzeyi ən çox ziyarət olunan məkanlardan biridir".

N.Qurbanova, həmçinin Azərbaycan dövlətinin mədəniyyət siyasəti sahəsində həyata keçirdiyi layihələr, qəbul olunan dövlət proqramları barədə də radio dinləyicilərinə ətraflı məlumat verib.

Səfir Heydər Əliyev Fondunun istər Azərbaycanda, istərsə də ölkə hüdudlarından kənarda imza atdığı mədəni layihələrə də toxunub. Bildirib ki, sentyabrın sonunda Veliko Tırnovo şəhərində Fondun dəstəyilə bərpa olunan “Trapezitsa” memarlıq muzeyi qoruğunun açılışı olub. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva da açılış mərasimində iştirak edib.

Son xəbərlər

Orphus sistemi