BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda beynəlxalq təşkilatlar təmsil olunacaq

BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda beynəlxalq təşkilatlar təmsil olunacaq Qlobal Forum aprelin 25-27-də keçiriləcək
Mədəniyyət siyasəti
23 Aprel , 2016 07:09
BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda beynəlxalq təşkilatlar təmsil olunacaq

Bakı. 22 aprel. REPORT.AZ/ İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESKO) Baş Katibi Əbdüləziz bin Osman əl-Tüveyrci, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) direktoru Paulus Bekkers, Ərəb Dövlətləri Liqasının Sivilizasiyalararası Dialoq Departamentinin Direktoru Samia Bibars, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət, Sosial və Ailə Məsələləri Departamentinin baş direktoru Mehla Talebna, Qara Dəniz İqtisadi əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Mixail Kristides aprelin 25-dən 27-dək Bakıda keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak edəcək.

Bu barədə “Report”a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 2015-ci ilin 24 iyul tarixli Sərəncamına əsasən BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun 25-27 aprel 2016-cı il tarixində Bakıda keçirilməsi ilə bağlı Təşkilat Komitəsi yaradılıb.

Son xəbərlər

Orphus sistemi