BMT qərargahında Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü münasibətilə film nümayiş olunub

BMT qərargahında Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü münasibətilə film nümayiş olunub Filmin nümayişi BMT-də təmsil olunan ölkələrin daimi nümayəndəlikləri tərəfindən təşkil olunub
Mədəniyyət siyasəti
20 Fevral , 2015 12:35
BMT qərargahında Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü münasibətilə film nümayiş olunub

Bakı. 20 fevral. REPORT.AZ/ BMT qərargahında Böyük Vətən Müharibəsində Qələbənin 70-ci ildönümü münasibətilə "Döyüşə qocalar gedir" filmi nümayiş olunub. "Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, Leonid Bıkovun məşhur sovet filminin nümayişi Nyu-Yorkda BMT gərargahında Qələbənin 70-ci ildönümünə həsr olunan təntənəli tədbirlər silsiləsinə start verib.

Filmin nümayişi Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğız Respublikası, Tacikistan və Türkmənistanın daimi nümayəndəlikləri tərəfindən təşkil olunub. 

Diplomatlar cəbhə həyatı və unikal nəğməkar eskadrilya təyyarəçilərinin həyatından bəhs edən filmi seçiblər. 1974-cü ildə ekranlara çıxan filmi o zaman 44 mln. tamaşaçı izləyib. BMT-də film ingilis dilində subtitrlər verilməklə rus dilində nümayiş olunub. 

Qeyd edək ki, Qələbənin ildönümünün qeyd olunmasına hazırlıq çərçivəsində BMT qərargahında daha 2 film nümayiş olunacaq. Həmçinin konsertin keçirilməsi də nəzərdə tutulub.  

Rusiya faşizm üzərində Qələbənin 70-ci ildönümünə həsr olunmuş təntənəli iclasın keçirilməsi haqqında qətnamə layihəsini BMT Baş Assambleyasına təqdim edəcək.

Son xəbərlər

Orphus sistemi