Yuxarı

BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı prosesi”nin təqdimatı keçirilib

BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı prosesi”nin təqdimatı keçirilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Nyu-Yorkda baş tutan BMT-nin Sivilizasiyalar Alyansının Nazirlər Konfransında “Bakı prosesi”nin təqdimatı keçirilib.

Mədəniyyət Nazirliyindən "Report"a verilən məlumata görə, Nazirlər Konfransında BMT-nin baş katibi, BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi və üzv ölkələrdən yüksək səviyyəli rəsmilər iştirak edib.

Konfransda çıxış edən mədəniyyət naziri Əbülfəs Qarayev müasir dünyada gedən proseslər, Azərbaycanın dünya miqyasında mədəniyyətlər və sivilizasiyalararası dialoqa verdiyi töhfələr, həyata keçirdiyi layihələrə toxunub. Nazir çıxışında Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2008-ci ildə “Bakı prosesi”nin, 2010-cu ildə isə BMT-nin Baş Assambleyasında Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun irəli sürüldüyünü bildirib. O qeyd edib ki, bu gün “Bakı prosesi” BMT-nin dörd ixtisaslaşmış beynəlxalq təşkilatının tərəfdaşlıq etdiyi yeganə platformadır və bu fakt 2017-ci ildə BMT-nin baş katibi tərəfindən xüsusi qeyd edilib və ötən ilin dekabr ayında BMT tərəfindən qəbul edilmiş qətnamədə əks olunub.

Daha sonra “Bakı prosesi”nin 10 illik yubileyinə həsr olunan film nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi