​Bişkekdə Azərbaycan və Qırğızıstan opera ulduzlarının konserti keçiriləcək

​Bişkekdə Azərbaycan və Qırğızıstan opera ulduzlarının konserti keçiriləcək T.Satılganov adına Qırğızıstan Milli Filarmoniyasının səhnəsinə iki ölkənin opera sənətinin gənc ulduzları çıxacaq
Mədəniyyət siyasəti
8 Oktyabr , 2015 13:34
​Bişkekdə Azərbaycan və Qırğızıstan opera ulduzlarının konserti keçiriləcək

Bakı. 8 oktyabr. REPORT.AZ/ Oktyabrın 16-da Bişkekdə opera ifaçılarının konserti keçiriləcək. "Report" "Veçerni Bişkek" nəşrinə istinadən xəbər verir ki, T.Satılganov adına Qırğızıstan Milli Filarmoniyasının səhnəsinə iki ölkənin opera sənətinin gənc ulduzları çıxacaq.

Konsert Qırğızıstan Respublikasının musiqi sənətinin inkişafına dəstək məqsədilə keçirilir.

Tədbirin təşkilatçılarının sözlərinə görə, tamaşaçılar üçün əsas hədiyyə Azərbaycandan gələn qonaqların çıxışları olacaq. M.F.Axundov adına Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Safonov Akademik Filarmoniyasının dəvət olunmuş baş dirijoru, Parmada (İtaliya) keçirilən  A.Toskani adına Beynəlxalq dirijorlar müsabiqəsinin baş mükafatı olan Cuzeppe Sinopoli mükafatı laureatı, Azərbaycan Prezidenti mükafatı laureatı, Vyana Kamera orkestri və "Olipya Players" (ABŞ) kimi dünya şöhrətli orkestrlərlə əməkdaşlıq edən Əyyub Quliyev Bişkekə gələcək.

Qonaqlar Azərbaycan opera ifaçısı, Opera və Balet teatrının solisti, bir sıra beynəlxalq vokal müsabiqələri və festivallarının iştirakçısı, Azərbaycanın əməkdar artisti İlahə Əfəndiyevanın çıxışına tamaşa edə biləcəklər. Bişkekdə, həmçinin - Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti, Azərbaycanın əməkdar artisti Fərid Əliyev də öz ifasını tamaşaçılara nümayiş etdirəcək.

Konsertə gələn tamaşaçılar foyedə gənc rəssamların əl işlərindən ibarət sərgi ilə də tanış ola biləcəklər.

Son xəbərlər

Orphus sistemi