Bakı. 6 may. REPORT.AZ/ Binəqədi Mərkəzi Mədəniyyət Evinə yeni direktor təyin olunub.
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsindən "Report"a verilən məlumata görə, bu vəzifəyə Səmədov Şahin Kamran oğlu təyin edilib.
Məlumata görə, yeni təyinat mədəniyyət ocaqlarında iş sisteminin təkmilləşdirilməsi və gücləndirilməsi üçün həyata keçirilib.