​Beş dövlət Ermənistandan YUNESKO-ya şikayət edib

​Beş dövlət Ermənistandan YUNESKO-ya şikayət edib Müraciətlə bağlı yekun qərar noyabrın 28-dən dekabrın 2-si tarixləri arasında qəbul ediləcək
Mədəniyyət siyasəti
9 İyul , 2016 05:22
​Beş dövlət Ermənistandan YUNESKO-ya şikayət edib

Bakı. 9 iyul. REPORT.AZ/Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğız Respublikası və İran lavaşla bağlı YUNESKO-ya birlikdə etiraz müraciəti ediblər.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

İnformasiyaya görə, müraciətlə bağlı yekun qərar 2016-cı il noyabrın 28-dən dekabrın 2-si tarixləri arasında Efiopiada YUNESKO-nun qeyri-mədəni irsə dair Hökumətlərarası Komitsəsinin 11-ci Toplantısında qəbul ediləcək.

Qeyd edək ki, BMT-nin bu qurumu lavaşı "Erməni çörəyi" kimi qeydiyyatdan keçirib. Azərbaycan,Türkiyə, Qazaxıstan, Qırğız Respublikası və İranın birgə müraciətində bunun ermənilərə aidiyyəti olmadığı vurğulanıb.

Xəbərə əsasən, bu ilk belə müraciət deyil.

Son xəbərlər

Orphus sistemi