Yuxarı

Berlində azərbaycanlı rəssamların sərgisi açılıb

Berlində azərbaycanlı rəssamların sərgisi açılıb
Sərgi dekabrın 1-dək davam edəcək

 Bakı. 7 noyabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən "Berlin-Baku" rəsm qalereyasında “Azərbaycan Yaponiya ilə görüşür" ("Aserbaidschan Trifft Japan") adlı rəsm sərgisinin açılışı olub.

Diasporla İş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, açılış mərasimində Almaniya, Azərbaycan və Yaponiyadan olan incəsənət adamları, Azərbaycanın Almaniyadakı səfirliyinin mədəniyyət məsələləri üzrə məsul əməkdaşı Sara Abbasova, Almaniya Azərbaycanlıları Koordinasiya Mərkəzinin icraçı direktoru Heydər Mirzə və Azərbaycan Tələbə Şəbəkəsinin Berlin ofisinin rəhbəri Asif Məsimov iştirak ediblər.

Sərgidə Azərbaycandan və Yaponiyadan olan gənc rəssamların 30-dan çox rəsm əsəri nümayiş etdirilir. Azərbaycan Telman Quliyev, Günay Şəmsi, Maqdalena Mehdizadə və Yeganə Əsədova ilə, Yaponiya isə Tomoko Kazama, Rikka Ayasaki, İku Xiquçi, Tsieku İtsinoze ilə təmsil olunur.

Sərgi dekabrın 1-dək davam edəcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi