Yuxarı

Belqradda ADR-ın 100 illiyinə həsr olunmuş konsert keçiriləcək

Belqradda ADR-ın 100 illiyinə həsr olunmuş konsert keçiriləcək
Konsertdə azərbaycanlı, serbiyalı və digər dünya şöhrətli musiqiçilərin əsərləri nümayiş olunacaq
© Facebook

Bakı. 8 may. REPORT.AZ/ Serbiyanın paytaxtı Belqradda Azərbaycan-Serbiya dostluğuna və Azərbaycan Demokratik Respublikasının yaradılmasının 100 illiyinə həsr olunmuş konsert keçiriləcək.

"Report" Azərbaycanın Serbiyadakı Mədəniyyət Mərkəzinə istinadən xəbər verir ki, konsert mayın 10-da Belqradda Milli Teatrın səhnəsində baş tutacaq.

Konsertdə Ramiz Quliyev (tar), Yasmina Trumbetaş (soprano), Afaq Abbasova (soprano), Aleksandr Stamatoviç (bariton), Mina Ristiç (klavir), eləcə də Milli Teatr orkestrinin musiqiçiləri çıxış edəcəklər. 

Dirijoru Eyub Quliyev olacaq konsertdə azərbaycanlı, serbiyalı və digər dünya şöhrətli musiqiçilərin əsərləri səsləndiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi