Yuxarı

Belarusda Novruz bayramı qeyd olunacaq

​Belarusda Novruz bayramı qeyd olunacaq

Martın 18-də Minskdə Beynəlxalq Novruz Gününə həsr olunmuş tədbirlər keçiriləcək.

"Report" xəbər verir ki, təşkilatçılar Azərbaycan, İran, Qazaxıstan, Qırğız Respublikası, Rusiya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistanın Belarusdakı səfirlikləridir.

Proqramda folklor qruplarının çıxışları, hər bir ölkənin milli mətbəxinin təamlarının təqdimatı və dequstasiyası nəzərdə tutulub. Qonaqlara həmçinin Novruz bayramını milli bayram kimi qeyd edən dövlətlərin səfirlikləri ilə birgə hazırlanan sərgi ilə tanış olmaq təklif ediləcək.

Qeyd edək ki, Novruz bəşəriyyət tarixinin ən qədim bayramlarından biridir. 2009-cu ildə bayram YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə BMT Baş Assambleyasının 64-cü sessiyasında 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi tanınması barədə qərar qəbul edilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi