Bəhreyn naziri: “Azərbaycan bütün dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirir”

Bəhreyn naziri: “Azərbaycan bütün dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirir” “Hər şey çox gözəl təşkil olunub. Azərbaycan qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək imkanlarını artıq bir neçə dəfə sübuta yetirib. Əminəm ki, bu sessiya da uğurla gerçəkləşəcək”.
Mədəniyyət siyasəti
1 İyul , 2019 06:17
Bəhreyn naziri: “Azərbaycan bütün dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirir”

“Hər şey çox gözəl təşkil olunub. Azərbaycan qlobal miqyaslı tədbirləri yüksək səviyyədə təşkil etmək imkanlarını artıq bir neçə dəfə sübuta yetirib. Əminəm ki, bu sessiya da uğurla gerçəkləşəcək”.

"Report" xəbər verir ki, bunu UNESCO-nun Bakıda keçirilən Dünya İrs Komitəsinin 43-cü sessiyasında iştirak etmək üçün Azərbaycana gələn Bəhreyn Krallığının Mədəniyyət və Əntiq Əşyalar naziri xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə deyib.

Dünya İrs Komitəsinin növbəti illik sessiyasının Bakıda keçirilməsini yüksək qiymətləndirən xanım nazir Azərbaycanın bütün dünyada mədəni mirasın qorunmasına həssas münasibət nümayiş etdirdiyini bildirib.

Bəhreynli nazir Dünya İrs Komitəsinin 43-cü sessiyasından gözləntilərini də dilə gətirib. Bildirib ki, dünya irsinin qorunması məsələsi nəinki hər hansı bir təşkilatın, eləcə də hər bir insanın diqqət göstərməli olduğu məqamdır.

“Bəşəriyyət sürətli elmi-texniki tərəqqi dövrünü yaşayır. Bu inkişaf özlüyündə gözəldir. Lakin dünyada baş verən hərbi toqquşmalar, işğallar və s. təəssüf ki, bəzən minilliklərin mədəni mirasını çox qısa zaman içində məhv olma təhlükəsi il üz-üzə qoyur. Ona görə də UNESCO və onun tərkibində fəaliyyət göstərən bir sıra qurumların işinə dəstək verilməlidir. Bu mənada Bakıda keçirilən sessiyada dünya mirasının qorunması baxımından çox doğru qərarların qəbul ediləcəyinə inanıram”, - deyə xanım Şeyxa May bint Məhəmməd Əl Xəlifə deyib.

Son xəbərlər

Orphus sistemi