Yuxarı

“Baku” jurnalında Gənc Tamaşaçılar Teatrı haqqında məqalə dərc olunub

“Baku” jurnalında Gənc Tamaşaçılar Teatrı haqqında məqalə dərc olunub
Teatrın II Beynəlxalq Martin MakDonax Teatr Festivalındakı uğurlu çıxışından bəhs edilib

Bakı. 21 noyabr. REPORT.AZ/ Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın baş redaktorluğu ilə Moskvada nəşr olunan “Baku” ("Bakı") jurnalının noyabr-dekabr sayında Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı haqqında yazı yer alıb.

Teatrın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, məqalə “Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının “Gözəllik kraliçası” tamaşası Permdə keçirilən II Martin MakDonax Beynəlxalq Teatr Festivalının ən parlaq hadisəsi oldu” başlığı altında çap olunub.

Məqalədə Gənc Tamaşaçılar Teatrı və teatrın Rusiya Federasiyasının Perm şəhərində keçirilmiş II Beynəlxalq Martin MakDonax Teatr Festivalındakı uğurlu çıxışından bəhs edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi