Bakıda Azərbaycan və İsrail musiqiçilərin iştirakı ilə etnokontsert keçiriləcək

Bakıda Azərbaycan və İsrail musiqiçilərin iştirakı ilə etnokontsert keçiriləcək Konsert dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində olacaq
Mədəniyyət siyasəti
25 Noyabr , 2016 11:23
Bakıda Azərbaycan və İsrail musiqiçilərin iştirakı ilə etnokontsert keçiriləcək

Bakı. 25 noyabr. REPORT.AZ/ Bakıda Azərbaycan və İsrail musiqiçilərin iştirakı ilə ikinci "Sound Wave" etnokontserti keçiriləcək.

"Report" xəbər verir ki, konsert dekabrın 3-də Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.

Konsertdə israilli musiqiçilər Şem Tov Levi və Qadi Ben Elişa, Azərbaycanın muğam ifaçıları Hüseyn Məlikov, Sahib Paşazadə, Toğrul Əsədullayev və Soltan Əliyev çıxış edəcək.

Tamaşaçılara Azərbaycan və İsrailin ənənəvi milli musiqiləri təqdim ediləcək.

Son xəbərlər

Orphus sistemi