Yuxarı

Bakıdakı bir neçə mədəniyyət evinin rəhbəri vəzifəsinə təyinat olub

Bakıdakı bir neçə mədəniyyət evinin rəhbəri vəzifəsinə təyinat olub
H.Abbasov adına mədəniyyət evinin direktoru Vüqar Ağayev M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinə direktor təyin edilib

Bakı. 3 oktyabr.REPORT.AZ/ Bakıdakı bir neçə mədəniyyət evinin rəhbəri vəzifəsinə təyinat olub.

Bu barədə "Report"a Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsindən məlumat verilib.

H.Abbasov adına mədəniyyət evinin direktoru Vüqar Elşad oğlu Ağayev işdən azad olunaraq M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinə, M.Ə.Sabir adına Balaxanı qəsəbə mədəniyyət evinin direktoru Fazil Mütəllim oğlu Vəliyev isə M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinə direktor vəzifələrinə təyin olunublar.

M.Ə.Sabir adına Bülbülə qəsəbə mədəniyyət evinin direktoru Cavid Sahib oğlu Məlikov tutduğu vəzifədən azad olunaraq Mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin direktor müavini vəzifəsinə təyin edilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi